"Ən böyük yalançılar bizik, tamaşaçını aldadırıq"-VİDEO
Əməkdar artist Coşqun Rəhimov Baku TV-yə verdiyi müsahibədə aktyor sənətinin çətinliklərindən, obrazı yaşamağın və tamaşaçıya çatdırmağın vacibliyindən bəhs edib. Aktyor həmçinin ağır xəstəlikdən sonra səhnəyə qayıdışının nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
Əməkdar artist Coşqun Rəhimov, Baku TV-nin "Qapqara" verilişində verdiyi açıqlamada, aktyor sənətini tamaşaçıya təsirli şəkildə çatdırmağın vacibliyindən bəhs edib. Dramatik obrazları canlandırmağı asanlıqla bacardığını bildirən Rəhimov, satiranın gücünə işarə edərək tamaşaçını güldürüb düşündürməyin daha çətin olduğunu qeyd edib. "Biz, əslində, tamaşaçını aldadırıq, ən böyük yalançılar bizik. Amma bu yalanın içində bir həqiqət var və doğru olanı çatdırmağa çalışırıq," – deyə Rəhimov vurğulayıb. O, həmçinin ağır xəstəliyi məğlub etdikdən sonra səhnəyə çıxma həvəsindən danışaraq sənətin onun üçün həyat qədər önəmli olduğunu qeyd edib: "12-13 saat narkoz altında qalmışdım və bədənimdə çoxlu yarıqlar var idi. O vəziyyətdə xəstəxanada hamı narahat idi, amma mən yenə səhnəyə çıxmağa tələsirdim," – deyə sənətçi bildirib.