“5 günün içində ərə gedib 24 il birlikdə yaşamışam”

Aktrisa Məsumə Babayeva həyat yoldaşı ilə sürətli evliliyindən və uzunömürlü ailə sirrindən danışıb.

“5 günün içində ərə gedib 24 il birlikdə yaşamışam”
Məsumə Babayeva
reklam

73 yaşlı aktrisa Məsumə Babayeva qonaq olduğu "Elgizlə izlə" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

O bildirib ki, həyat yoldaşı ilə universitet illərində tanış olub və cəmi 5 gün ərzində nişanlanıb, daha sonra isə ailə həyatı qurub. Aktrisanın sözlərinə görə, uzunömürlü evliliyin sirri qarşılıqlı anlayış və fədakarlıqdır:

"Ailənin uzunömürlü olması cütlüyün bir-birini yola getməsindən asılıdır. Kişi nə dedisə, baş üstə deməlisən. Gərək hər şeyi udasan”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Məsumə Babayeva həyat yoldaşı ilə 24 il birlikdə yaşayıb.