Şəxsi məlumatları ələ keçirildi – FOTO

Məşhur müğənni Aleyna Tilkinin şəxsi məlumatlarının oğurlandığı və şantaja məruz qaldığı bildirilir. Hadisə ilə bağlı məhkəmə prosesi davam edir.

Şəxsi məlumatları ələ keçirildi – FOTO
Aleyna Tilki
reklam

Türkiyənin məşhur müğənnisi Aleyna Tilkinin şəxsi məlumatlarının qanunsuz yolla ələ keçirildiyi və şantaja məruz qaldığı iddia edilir.

Türk mediasının məlumatına görə, İbrahim Y. adlı şəxs Aleyna Tilkinin şəxsi məlumatlarını əldə edərək onun ailəsinə və köməkçisinə göndərib. O, məhkəmədə ifadəsində sadəcə kömək etmək məqsədi ilə mesaj yazdığını bildirsə də, müğənninin köməkçisi paylaşılan materiallarda 16-17 yaşlarında olan fotoların və şəxsi məlumatların olduğunu açıqlayıb.

Məhkəmə prosesi davam edir və dövlət ittihamçısından rəy hazırlanması tələb edilib. İbrahim Y. haqqında 4 ilə qədər həbs cəzası tələbi var. Onun taleyinin yaxın zamanda bəlli olacağı gözlənilir.