76 yaşlı aktyor qocalar evində vəfat etdi

Məşhur səsləndirmə aktyoru, rejissor və ssenari müəllifi Dave Mallow 76 yaşında dünyasını dəyişib. O, uzun illər radio sahəsində çalışdıqdan sonra Los-Ancelesə köçərək səsləndirmə karyerasını davam etdirib. "Mighty Morphin Power Rangers" serialında Baboo obrazına səs verməsi ilə tanınıb. Həmçinin Naruto, Digimon, Yu-Gi-Oh! kimi məşhur animelərdə və bir çox video oyunlarda səsləndirmə edib.

76 yaşlı aktyor qocalar evində vəfat etdi
Dave Mallow
reklam

76 yaşlı dublyaj aktyoru, rejissor və ssenari müəllifi Dave Mallow qocalar evində vəfat edib.

Karyerasına radio sahəsində başlayan Mallow, Los-Ancelesə köçərək səsləndirmə aktyoru kimi fəaliyyətini davam etdirib. O, xüsusilə "Mighty Morphin Power Rangers" serialında Baboo obrazını səsləndirməsi ilə məşhurlaşıb və bu layihədə 138 seriyada yer alıb. Daha sonra Power Rangers in Space, Power Rangers Zeo və Power Rangers Time Force seriallarında da iştirak edib.

Bundan əlavə, Naruto, Digimon: Digital Monsters, Yu-Gi-Oh! kimi məşhur animelərdə, həmçinin Call of Duty, Resident Evil, Street Fighter və Final Fantasy kimi video oyunlarda səsləndirmə edib.

Mallow-un vəfatı sənət dünyasında dərin kədər hissi ilə qarşılanıb.