TikTok fenomenləri həbs edildi
Sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan TikTok fenomenləri Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov məhkəmə qərarı ilə 4 aylıq həbs cəzasına məhkum edilib.
Onlar əvvəllər inzibati qaydada cəzalandırılsalar da, bu dəfə cinayət məsuliyyətinə cəlb olunublar. Məsələ ilə bağlı istintaq Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Həbs qərarı, sosial şəbəkələrdə qeyri-etik davranışlara qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.