98 minlik ev bazarlığı gündəm oldu

Rəqsanə İsmayılova böyük məbləğdə bazarlıq edərkən görüntülənib. Sosial mediada yayılan video izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

98 minlik ev bazarlığı gündəm oldu
Rəqsanə İsmayılova
reklam

Müğənni Rəqsanə İsmayılova bu dəfə xeyriyyə aksiyaları və açıqlamaları ilə deyil, supermarketdə etdiyi bazarlıqla diqqət çəkib. O, 98 min manatlıq alış-veriş edərkən görüntülənib.

Sosial mediada yayılan video izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Şərh bölməsində “Tut ucundan çıx göyə”, “Restoran işlədirlər ona görə” və “Qazanıb alıb” kimi müxtəlif fikirlər səsləndirilib.

Qeyd edək ki, Rəqsanə İsmayılova tez-tez xeyriyyə aksiyaları və sərt açıqlamaları ilə sosial mediada gündəmə gəlir. Bu dəfə isə onun sadəcə bazarlıq etməsi belə böyük marağa səbəb olub.