ABŞ-a Girişi Bir İllik Qadağan Edildi

Müğənni Damlanın Amerikaya girişi bir il müddətinə qadağan edilib. Sənətçi bu barədə qatıldığı bir televiziya proqramında məlumat verib. O, ölkədən uzaqda təhsil alan oğlu İbrahimi 11 aydır görə bilmədiyini bildirib.

ABŞ-a Girişi Bir İllik Qadağan Edildi
Damla
reklam

Müğənni vəziyyətin səbəbini belə izah edib: "Vizaya müraciət edərkən problem olmadı, hətta müsbət cavab aldıq. Lakin bir yanlış anlaşma oldu. Amerikadakı bəzi həmyerlilərim övladımın orada təhsil aldığını bilib, Novruz bayramı üçün konsert təşkil etmək istədilər. Xəbərim olmadan afişa və bilet satışı başladıldı. Bu, səfirliyə çatıb, və mən konsert üçün gedirəm kimi qəbul edilib. Mən isə yalnız oğlumun yanına getməyi planlaşdırırdım".Damlanın Amerikaya getmə qadağası səbəbindən oğlu İbrahim də dərsləri ilə bağlı Azərbaycana gələ bilmir.