Adının Qumarda Hallanmasına Sərt Reaksiya Verdi

Tanınmış aparıcı Lalə Azərtaş süni intellekt texnologiyası ilə onun adına yayılan saxta qumar oyunları təbliğatına kəskin münasibət bildirib. Aparıcı, adının belə çirkin işlərə qarışdırılmasından narazı olduğunu və gələcəkdə hüquqi addımlar atacağını bəyan edib.

Adının Qumarda Hallanmasına Sərt Reaksiya Verdi
Lalə Azərtaş
reklam

Aparıcı Lalə Azərtaş adının qumar oyunları ilə bağlı hallanmasına sərt reaksiya verib. Belə ki, süni intellekt vasitəsilə onun səsi imitasiya edilərək TikTok platformasında qumar oyunlarının təbliğatı aparılıb. Aparıcı məsələ ilə bağlı "Təsir dairəsi" proqramında danışaraq hadisəni pisləyib: "Bu texnologiya dövründə hər cür saxtakarlıq mümkündür. Mən qumar oyunlarını təbliğ edəcək insan deyiləm. Amma Tiktokda mənim səsimə bənzər bir səslə yayılan görüntülərimdə 90 min manatlıq oyun oynandığı iddia edilir. Bu yalanın qarşısında susmaq niyyətində deyiləm". Azərtaş əlavə edib ki, onun adına yalan təbliğat aparanlar artıq insanların beyninə təsir edərək, belə uydurmalara inanmalarını təmin etməyə çalışır: "Bir qadın əlində bir torba gətirərək udacağı pulu mənə çatdırmağı tələb edib. Bu artıq çox irəli gedib. Bu cür saxta kampaniyalara məni qarışdırmayın. Əks halda hüquq-mühafizə orqanlarına müraciət edərək təzminat tələb edəcəyəm". Aparıcı, yalnız efirdə səsləndirdiyi fikirlərin etibarlı olduğunu vurğulayıb və bu cür halların qarşısının alınması üçün hər kəsi diqqətli olmağa çağırıb.