Ad gününə 1 gün qalmış faciəvi şəkildə vəfat etdi

Amerikalı bloger Alişa Berni Meksikada tətildə olarkən astma tutması səbəbindən dünyasını dəyişib. O, 25 yaşını qeyd etməsinə bir gün qalmış gecə saatlarında yuxuda boğulub. Bacısının narkotik aludəçisi olması ilə bağlı yayılan iddialar isə qardaşı tərəfindən təkzib edilib.

Ad gününə 1 gün qalmış faciəvi şəkildə vəfat etdi
Alişa Berni
reklam

Amerikalı bloger Alişa Berni Meksikada tətildə olarkən faciəvi şəkildə dünyasını dəyişib.

Məlumata görə, 25 yaşını qeyd etməsinə bir gün qalmış gecə saatlarında astma tutması keçirən Alişa yuxuda boğulub və özünə kömək edə bilməyib.

Bundan əlavə, blogerin qardaşı bacısının narkotik aludəçisi olması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.