Ad gününü Arif Babayevin evində qeyd etdi – FOTO

Aparıcı Nanə Ağamalıyeva doğum gününü Xalq artisti Arif Babayevin evində qeyd edib. Tədbirdə Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artistlər Gülüstan Əliyeva, Cabir Abdullayev və digər tanınmış simalar iştirak ediblər.

Ad gününü Arif Babayevin evində qeyd etdi – FOTO
Nanə Ağamalıyeva
reklam

Nanə həmin anları sosial şəbəkə hesabında paylaşaraq ustad sənətkara və onun həyat yoldaşı Gültəkin Babayevaya təşəkkürünü bildirib:

"Ad günümü dəyərli şəxsiyyət, ustad sənətkar, Xalq artisti Arif Babayevin evində qeyd etdik. Allah sizə can sağlığı, uzun ömür versin! Sənətkarımızın həyat yoldaşı Gültəkin xanıma isə ayrıca təşəkkür edirəm!"