Məşhur müğənni həbs edildi-FOTOLAR

Tanınmış müğənni Elmir Qəhrəmanov məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Müğənni narkotik vasitələrlə bağlı cinayət əməllərinə görə cəzalandırılıb.

Məşhur müğənni həbs edildi-FOTOLAR
Elmir Qəhrəmanov
reklam

Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə həbs edilib.

Məlumata görə, sənətçi daha əvvəl də oxşar cinayət əməlinə görə məhkum olunmuşdu. Azadlığa çıxdıqdan sonra, təxminən 5 ay ərzində yenidən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə ittihamı ilə məhkəmə qarşısına çıxıb. Uzun çəkən məhkəmə prosesi zamanı o, zaminə buraxılsa da, nəhayət, məhkəmənin yekun hökmü ilə azadlıqdan məhrum edilib.

Müğənninin yaxınları bildiriblər ki, Elmir Qəhrəmanov reabilitasiya mərkəzində müalicə alaraq narkotik asılılığından xilas olub. Lakin indiki məhkumluq onun rehabilitasiya dövründən əvvəl törətdiyi cinayət əməlinə görə verilib.

Musiqi aləmində "Azərbaycanın İbrahim Tatlısəsi" kimi tanınan Elmir Qəhrəmanovun bu hadisədən sonra sənət fəaliyyətinə necə davam edəcəyi isə maraq doğurur.

reklam
reklam