Tanınmış aparıcı Zaur Baxşəliyev 44 yaşını valideyn himayəsindən məhrum olan uşaqlarla birgə keçirib. O, ənənəsinə sadiq qalaraq bu il də təmtəraqlı məclis əvəzinə, ehtiyacı olan uşaqlara hədiyyələr paylayıb. Aparıcı doğum günündə onların sevincini paylaşaraq, bir qızın toyunu öz üzərinə götürəcəyini də vəd edib.
Məşhur aparıcı Zaur Baxşəliyev 44 yaşını qeyd edib. O, doğum gününü xüsusi bir şəkildə keçirməyi seçərək, valideyn himayəsindən məhrum uşaqlarla birlikdə olub.
Aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, ənənəsinə sadiq qaldığını bildirib:
"Ənənəmizə sadiq qalıb, bu dəfə də doğum gününü Azərbaycan Uşaqları İctimai Birliyində qeyd etdik. Ad günümdə hədiyyə almaqdan çox, hədiyyə verməyi sevirəm. Heç vaxt təmtəraqlı doğum günü məclisləri keçirtməmişəm, sevmirəm də, edə bilmərəm də. Ürəkləri nə istədi aldıq, bir gözəl məqam da yaşandı. Səma adlı bir qızımız nişanlanıb, toyu olacaq. Söz verdim ki, Allah qismət edərsə, onun toyunu biz edəcəyik. Bax, belə keçdi mənim doğum günüm. Sevdim bu günü!"
Qeyd edək ki, Zaur Baxşəliyev ad gününün 26 fevral - Xocalı soyqırımı günü ilə üst-üstə düşməsi səbəbindən heç vaxt bu günü xüsusi şəkildə qeyd etmədiyini bildirib.