“Kömək etdiyim o xanım indi bir nömrədir”

Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib. O, bir zamanlar ona məsləhət üçün müraciət edən xanım müğənninin hazırda toy bazarında bir nömrəyə çevrildiyini bildirib. Sənətçinin sözlərinə görə, Arzu Bədərlinin uğur qazanmasında onun dəstəyi böyük olub.

“Kömək etdiyim o xanım indi bir nömrədir”
Manaf Ağayev
reklam

Müğənni Manaf Ağayev açıqlaması ilə gündəmə gəlib. O, "Rəngarəng" verilişində çıxışı zamanı bir xanım müğənniyə dəstək olduğunu və onun bu gün toy bazarında birinci yerə yüksəldiyini bildirib.

Sənətçi həmin ifaçının bir zamanlar ona müraciət edərək uğur qazana bilmədiyini söylədiyini qeyd edib:

"O, mənə gəlib dedi ki, nə oxuyuramsa tutmur. Mahnılarını dinlədim və anladım ki, bu, əsl sənətdir, lakin toylara gedə bilmək üçün strategiyanı dəyişmək lazımdır. Ona uyğun repertuar seçdim, düzgün istiqamət verdim. O da mənim məsləhətimə əməl etdi və hazırda toy bazarında bir nömrədir. Söhbət Arzu Bədərlidən gedir. Ona çox dəstək olmuşam və uğur qazanması üçün yönləndirmişəm. Toy bazarına daxil olmaq üçün düzgün seçim etmək vacibdir. Əgər əsl sənət üçün oxuyursansa, efirə çıxmağa ehtiyac yoxdur, evdə də oxuya bilərsən”, – deyə Manaf Ağayev bildirib.