ADU-da Yeni Vəzifəsi ilə Bağlı Tənqidlərə Cavab Verdi

Azərbaycan Dillər Universitetində bədii rəhbər vəzifəsinə təyin edilən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ona yönələn tənqidlərə cavab verib. O, musiqi sahəsində ali təhsil aldığını və universitetdə əsas işinin bədii tədbirlərin təşkili olduğunu bildirib.

ADU-da Yeni Vəzifəsi ilə Bağlı Tənqidlərə Cavab Verdi
Hüseyn Məhəmmədoğlu
reklam

Azərbaycan Dillər Universitetində (ADU) bədii rəhbər vəzifəsinə təyin edilən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tənqidlərə münasibət bildirib.

O, "Teleqraf"a verdiyi açıqlamada bildirib ki, universitetin tələbələrlə iş və tədbirlərin təşkili üzrə şöbəsinə bədii rəhbər vəzifəsinə təyin olunub:

"Niyə buna görə məni tənqid edirlər? Səbəb nədir? Mən Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini də bitirmişəm. Yaxın günlərdə isə Türkiyədə doktorantura təhsili almaq üçün sənədlərimi təqdim edəcəyəm", – deyə o vurğulayıb.

Məhəmmədoğlu qeyd edib ki, ADU-da tələbələr xarici dillər üzrə mütəxəssis kimi yetişir və bu təhsil musiqi dərsi keçmək üçün kifayət etmir:

"Universitetdə işim bədii və musiqi tədbirlərinin təşkilidir. Bunun üçün İncəsənət Universitetini və ya Asəf Zeynallı adına Musiqi Kollecini bitirmək lazımdır", – deyə o əlavə edib.

reklam
reklam