"Qadın üçün ən böyük hədiyyə güvənəcəyi çiyindir"
Aparıcı Aytən Səfərova, "Qadınlar hədiyyə olaraq nə istəyir?" sualına cavabında, qadınların ən böyük hədiyyəsinin güvənəcəyi bir çiyin olduğunu vurğulayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Aparıcı Aytən Səfərova, "Qadınlar hədiyyə olaraq nə istəyir?" sualına cavabında qadınların ən böyük hədiyyəsinin güvənəcəyi bir çiyin olduğunu bildirib.
O, bu haqda belə deyib: "Qadınlar güclü çiyin istəyir. Bu, onlar üçün çox böyük bir hədiyyədir. Ən böyük hədiyyə güclü çiyindir. Qadın ora başını tam rahatlıqla, əminliklə, güvənlə qoya bilsin. İndiki zamanda bu çox böyük bir hədiyyədir. Gül və ya başqa şeylər onun yanında heç nədir. Doğurdan da ulqumu işləyən birinin olması, səni başqasının ayağına atmayan insan. Bu, pul ilə alınacaq bir şey deyil. Yanında nə qədər hədiyyələr olsa da, əgər bu yoxdursa, o qadının üzü güləcək, amma səhəri günü yenə eyni əhvalda və bədbinlikdə olacaq."
Aytən Səfərova, kişilərin qadınlara olan münasibətinə də toxunub: "Bu gün elə kişilər var ki, küsürlər. Deyirsən ki, ay Allah, bir hədiyyə aparım, gedim anasının gül balasının könlünü alım. Baxırsan ki, evdə bir cürdür. Amma başqaları arasında filankəs müəllim, filankəs xanım... Buketlərlə gül daşıyır, evdəkinə 3 ədəd gül gətirir."
O, qadınlara olan sevgisinin vacibliyini vurğulayıb: "Allah bütün dünyadakı qadınları bu güclü çiyindən məhrum etməsin. Ona heç demək də lazım olmayacaq, büdcəsinə uyğun gülünü də alacaq, xoş sözünü də nəyinki 8 Martda, ilboyu əsirgəməyəcək."
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
D.Sadi Ara 16, 2024 0 15
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox