“Akasya Durağı”nın çayçısı illər sonra üzə çıxdı – FOTO

Akasya Durağı serialında "Çayçı Ali Kamal" obrazı ilə tanınan Ateş Fatih Uçan 12 il sonra yenidən göründü. Pərəstişkarları onun ekranlardan uzaq qalmasına maraq göstərib.

“Akasya Durağı”nın çayçısı illər sonra üzə çıxdı – FOTO
Ateş Fatih Uçan
reklam

Türkiyənin sevilən komediya serialı "Akasya Durağı"nda çayçı Ali Kamal obrazını canlandıran məşhur aktyor Ateş Fatih Uçan 12 il sonra yenidən gündəmə gəlib.

Serialın bitməsindən sonra ekranlardan uzaqlaşan aktyor kameralara tuş gəlib. Onun son halı pərəstişkarlarını təəccübləndirib. Uzun illər onu görməyən izləyicilər “12 ildir haradasınız?” sualını veriblər.

Aktyor isə bu sözlərlə cavab verib:

"İndi niyə burdayıq? İnsanlar darıxıb deyə. Deyirlər 12 ildir yoxsan, getmisən, haradasan? Mən artıq cəmiyyətin çayçısı olmuşam. Bir daha dayanacağa getməyəcəm, heç kim inciməsin. Bundan sonra çay 50 lirədir. Yeri gəlmişkən, mənim üçün darıxan və məni sevən bütün dostlara təşəkkür edirəm. Yaxşı ki, varsınız."

Qeyd edək ki, Akasya Durağı serialı uzun illər Türkiyədə və xaricdə populyarlıq qazanmış, bir çox aktyorları məşhurlaşdırmışdı.

reklam
reklam