Aşıq Zülfiyyənin ailəsində şad xəbər

Tanınmış aşıq Zülfiyyə İbadova ikinci dəfə nənə olacaq. Oğlu Babək ailəsinə sevindirici xəbəri çatdırıb.

Aşıq Zülfiyyənin ailəsində şad xəbər
Zülfiyyə İbadova
reklam

Tanınmış aşıq Zülfiyyə İbadova ikinci dəfə nənə olmağa hazırlaşır. Bu barədə "Qonaqcanlı" verilişinin aparıcısı Aytəkin Mərdanova məlumat verib. Onun sözlərinə görə, sənətçinin oğlu Babək bir müddət əvvəl ailəsinə bu xoş xəbəri verib.

Verilişdə qonaq olan Zülfiyyə İbadova xəbəri təsdiqləyərək sevincini dilə gətirib:

"Mən Babəkin kəndirində oynaya bilmirəm, onun doğrusu ilə yanlışını tuta bilmirəm. Mənə də elə deyib. Nəvəm Renat da, mən də çox sevindik. Uşaq sevindiyindən məni qucaqlayıb öpdü", - deyə sənətçi bildirib.

Qeyd edək ki, Zülfiyyə İbadova daha öncə Renat adlı nəvəsinin nənəsi olub.