Aktyorun məhkəmə işinə nöqtə qoyuldu
"Pas" ("Rust") filminin çəkilişi zamanı 2021-ci ilin oktyabrında operator Qalina Hatçinsin faciəli ölümünə səbəb olan aktyor Alek Bolduinə qarşı açılan ehtiyatsızlıqla adam öldürmə ittihamı ilə bağlı məhkəmə işinə son qoyulub. Nyu-Meksiko ştatının prokurorluğu apellyasiya şikayətini geri götürərək qərar qəbul edib.
