"Onlar niyə qəzanı paylaşmırlar?"-FOTO

Rəqqasə Rəna Ağamuradova (Renka), Rusiyada yaşayan azərbaycanlı məşhurların Aktauda qəzaya uğrayan AZAL haqqında heç bir paylaşım etmədiklərini vurğulayaraq, onları tənqid edib.

"Onlar niyə qəzanı paylaşmırlar?"-FOTO
Rəna Ağamuradova
reklam

Rəqqasə Rəna Ağamuradova (Renka) Rusiyada yaşayan azərbaycanlı məşhurlardan şikayət edib. O, Rusiyada yaşayan həmvətənlərinin və müğənnilərinin Aktauda qəzaya uğrayan AZAL-la bağlı heç bir paylaşım etmədiklərini vurğulayıb və bu barədə sosial media hesabında bunları yazıb:

"Hamı bir-birini qınayır, nəsə deyir. Bizimkilər heç olmasa paylaşırlar. Bir məqama fikir verdim: Rusiyada yaşayan həmvətənlərimizə, müğənnilərimizə baxdım, heç kim heç nə paylaşmayıb. Ona görə də izləmədən çıxartdım. Hamısı gözümdən düşdü".

Bu açıqlama sosial media istifadəçiləri tərəfindən müzakirə edilməyə başlanıb.