Alla Puqaçovanın səhhəti təhlükədə
Alla Puqaçovanın səhhəti ilə bağlı həkimdən ciddi xəbərdarlıq. Məşhur müğənninin son fotoşəkilləri sosial mediada böyük müzakirələrə səbəb olsa da, həkim onun sağlamlıq durumuna diqqət çəkib.
Noyabrın sonunda Maksim Qalkin, “Instagram” hesabında həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə olan yeni fotoşəkili yayıb. Foto, 75 yaşlı müğənninin çox gözəl göründüyünü göstərirdi və bu, sosial mediada geniş müzakirələrə səbəb olub.
Lent.az-ın məlumatına görə, "Ehtiraslar" nəşri müğənninin mümkün əməliyyatları ilə bağlı plastik cərrah Mədinə Bayramukovaya sual ünvanlayıb. Ancaq həkim, cərrahi müdaxilə ilə bağlı deyil, daha çox Alla Puqaçovanın sağlamlıq vəziyyətinə diqqət çəkib.