"Bizim aramızda yalnız bir problem var - Cabbar Musayev"
Təranə Qumral, Könül Kərimova ilə aralarındakı incikliyin səbəbini açıqlayarkən, bu məsələni Cabbar Musayevlə bağlı olduğunu bildirib.

Müğənni Təranə Qumral, Əməkdar artist Könül Kərimova ilə arasındakı münasibətə dair açıqlama verib. "Tarixin bir günü" verilişində iştirak edən Təranə Qumral, Könül Kərimova ilə heç bir problemi olmadığını, yalnız bir məsələ ilə əlaqəli inciklik yaşadıqlarını bildirib.
Qumral, "Hər zaman Könül Kərimovanı çox istəmişəm. Hərdən ona qulaq asıram, kənardan mənə deyirlər ki, Könül səni istəmir, amma onun mahnılarını dinləyirəm. Mən isə ona cavab verirəm ki, bu, sadəcə onun mahnısıdır, ürəyim istəyir və səsi məni təsirləndirir," – deyib.
Ən maraqlı açıqlama isə Təranə Qumralın Cabbar Musayevlə əlaqədar verdiyi cavab olub: "Bizim aramızda yalnız bir problem var – Cabbar Musayev." O, Cabbar və Musa Musayevin arasında olan münasibətin gərginliyə səbəb olduğunu vurğulayıb. Təranə, həmçinin Musa Musayevin Cabbarla danışmadığını, buna görə də Könül Kərimovanın Cabbar Musayevin tərəfini tutduğunu qeyd edib.
Təranə Qumral, aparıcı Tarix Əliyevin (Tolik) Könül Kərimova ilə eyni məclisdə olduqları haqda sualına belə cavab verib: "Orada maddiyyat və pul məsələsi var idi. Efirdə pul yoxdur, ona görə də heç nə deyə bilmədilər. Əslində, orada əvvəl ev sahibinə şikayət edilib, bizi istəmədiklərini deyiblər. Ev sahibi də deyib, sən kimsən ki, məclisime müdaxilə edirsən? Mən qərar verirəm."
Qeyd edək ki, Cabbar və Musa Musayev uzun illərdir danışmırlar və bu, Musanın Təranə Qumralla ailə qurması səbəbindən baş verib.