Ancelina Coli dəfn mərasimləri təşkilatına marağını açıqladı
Hollivud ulduzu Ancelina Coli gözlənilməz etirafı ilə gündəmə gəlib. O, filmlərdə çəkilməyə başlamazdan əvvəl dəfn mərasimləri təşkilatçısı olmaq istədiyini bildirib.Coli bu barədə məşhur "The Tonight Show Starring Jimmy Fallon" proqramında danışıb. Aktrisa babasının vida mərasiminin gözlədiyi kimi keçirilməməsi səbəbindən bu işə maraq göstərdiyini qeyd edib: "Babamın dəfn mərasimi istədiyim kimi olmadı. Bu mərasimlər həyatın bayramı olmalıdır. Mən heç vaxt ölümdən qorxmamışam, ona görə də dəfn işini özüm üçün uyğun bir sahə hesab edirdim. Hətta bunun böyük bir karyera yolu olacağını düşünürdüm". Coli əlavə edib ki, əgər kino sahəsindəki fəaliyyəti uğursuzluqla üzləşərsə, dəfn biznesinə keçid etməyi planlaşdırır.
