"Arada oğluma yazığım gəlir"

Müğənni Xatirə İslam "Zaurla Günaydın" verilişində oğlunun təhsili və gələcəyi haqqında açıqlamalar verib.

"Arada oğluma yazığım gəlir"
Xatirə İslam
reklam

Müğənni Xatirə İslam "Zaurla Günaydın" verilişində oğlunun təhsili ilə bağlı hisslərini bölüşüb. O, uşaq çox olanda birinin bu, o birisinin isə başqa bir işi etməsi lazım olduğunu qeyd edərək, oğlunu çox yüklədiyini söyləyib. "Bir dənədir deyə, istəyirəm hər şey etsin. Arada uşağa yazığım gəlir. Elə bilirəm ki, iki-üç uşağın işini tək bu etməlidir. Şikayət etməz, onun üçün çalışırıq. Mənim bütün ümidlərim Emildir," deyə bildirib.

Təhsil mövzusunda isə sənətçi, əvvəllər oğlunun həkim olmasını istədiklərini, lakin hazırda oğlunun memar olmaq istədiyini bildirib. Həyat yoldaşı Fəxrəddin isə gələcəkdə oğlunun hansı peşəyi seçəcəyini zəmanəyə uyğun qərar verməli olduğunu vurğulayıb.