Natavan Həbibi bacısının axtarışında

Müğənni Natavan Həbibi atasının birinci evliliyindən olan bacısını tapmağa çalışır. O, bacısının Argentinada yaşadığını və illərdir onu görmədiyini bildirib.

Natavan Həbibi bacısının axtarışında
Natavan Hebibi
reklam

Müğənni Natavan Həbibi, atasının birinci evliliyindən olan bacısını tapmaq istəyir. Bu haqda sənətçi "Zaurla Günaydın" verilişində danışıb. O, bacısının Argentinada yaşadığını və illərdir onu görmədiyini bildirib.

Sənətçi aparıcı Zaur Baxşəliyevə verdiyi müsahibədə, bacısının adı Alla Muradova olduğunu və onunla heç bir əlaqələri olmadığını söyləyib: "Anamla ailə qurmamışdan əvvəl atasının birinci evliliyindən bir qızı dünyaya gəlib. Atam anamdan ayrıldıqdan sonra o ailəsinə qayıtmışdı. Bacım isə hazırda Argentinada yaşayır və bizimlə əlaqəsi yoxdur. Həmişə istəmişəm ki, biz əlaqə quraq. Mən onu axtarmışam, amma heç bir nəticə əldə etməmişəm. O, həmişə bizdən uzaq durmaq istəyib. Amma mən hər zaman arzulamışam ki, böyük bacı olaraq bizə yaxın olsun."