Villasında “İlaxır çərşənbə”ni qeyd etdi

Opera və vokal ifaçısı Lətifə Soyuöz ailəsi və qohumları ilə birlikdə İlaxır çərşənbəni öz villasının həyətində qeyd edib. Müğənni tonqal qalayıb, ailə üzvləri ilə birlikdə adət-ənənələrə uyğun olaraq ocağın üzərindən tullanıb.

Villasında “İlaxır çərşənbə”ni  qeyd etdi
Lətifə Soyuöz
reklam

Opera və vokal ifaçısı Lətifə Soyuöz Novruz bayramının sonuncu çərşənbəsi – İlaxır çərşənbəni ailəsi və qohumları ilə birlikdə öz villasının həyətində qeyd edib.

Milli.Az xəbər verir ki, müğənni övladı Arif və ailə üzvləri ilə birlikdə tonqal qalayaraq bayram ənənələrini yaşadıblar. Onlar çərşənbə adətinə uyğun olaraq tonqalın üzərindən tullanıblar.

Şən və əyləncəli anları Lətifə Soyuöz sosial media hesabında izləyiciləri ilə bölüşüb.