"Ata olandan sonra qorxaq oldum"-FOTO

Türkiyəli məşhur aktyor Taner Ölməz ailə həyatı ilə bağlı maraqlı açıqlamalar verib. O, ata olduqdan sonra daha narahat və həssas bir insana çevrildiyini bildirib.

"Ata olandan sonra qorxaq oldum"-FOTO
Taner Ölmez
reklam

Türkiyənin tanınmış aktyoru Taner Ölməz şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. 2021-ci ildə aktrisa Ece Çeşmioğlu ilə ailə quran aktyor, övlad sahibi olduqdan sonra həyatının dəyişdiyini bildirib.

“Hər iki doğuş zamanı orada olmaq istədim və övladlarımı ilk mən gördüm. Ata olandan sonra daha qorxaq və narahat bir insana çevrildim. Mənə heç vaxt romantik jestlər edilməyib, yəqin ki, özüm də romantik deyiləm. Amma əyləncəli bir insanam. Hətta özümü tanıyaraq deyə bilərəm ki, heç vaxt özümlə boşanmazdım. Tamamilə ev adamıyam, çəkilişlərdən evə qaçıram. Ailəmə çox bağlıyam və mətbəxdə də bacarıqlıyam”, – deyə aktyor bildirib.

Qeyd edək ki, Taner Ölməz və Ece Çeşmioğlu cütlüyünün iki övladı var.

reklam
reklam