Doğma kəndinə yarım milyon manatlıq su xətti çəkdirib-VİDEO

Əməkdar artist Elnarə Abdullayeva doğulduğu Şamaxının Çuxanlı kəndinə içməli su xətti çəkdirmək üçün 500 000 manat xərcləyib. Sənətçi bu vəsaiti bir il ərzində toplayaraq layihəni həyata keçirib və işlərdə şəxsən iştirak edib.

Doğma kəndinə yarım milyon manatlıq su xətti çəkdirib-VİDEO
Elnarə Abdullayeva
reklam

Əməkdar artist Elnarə Abdullayeva doğulub böyüdüyü Şamaxının Çuxanlı kəndinə içməli su xətti çəkdirmək üçün böyük məbləğdə vəsait xərcləyib.

Müğənni bu barədə qonaq olduğu "İncə səhər" verilişində danışıb. Onun sözlərinə görə, su xəttinin çəkilməsi üçün ümumilikdə 500 000 manat vəsait ayırıb. Bu məbləği o, bir il ərzində toplayaraq kənd sakinlərinin su təminatını yaxşılaşdırmaq üçün istifadə edib.

Layihənin həyata keçirilməsində Elnarə Abdullayeva özü də iştirak edib. O, hətta texniki qurğuların idarə olunmasına da kömək edib. Müğənni bu addımı ilə doğma kəndinə olan bağlılığını və sosial məsuliyyətini bir daha sübut edib.

Qeyd edək ki, Çuxanlı kəndinə su xətti 2014-2015-ci illərdə çəkilib.

reklam
reklam