"Avroviziyaya Getsəm, Sənin Kimi Oxuyacağam"
Xalq artisti Röya Ayxan "Səs Azərbaycan"da Avroviziya ilə bağlı fikirlərini bölüşüb. Müğənni yarışmada iştirak etsə, necə ifa edəcəyini təsəvvür etdiyini bildirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Xalq artisti Röya Ayxan "Səs Azərbaycan" layihəsində maraqlı açıqlaması ilə gündəmə gəlib. O, "Liberta" mahnısını ifa edən iştirakçını dinlədikdən sonra öz ifa üslubu ilə bağlı düşüncələrini bölüşüb.
"Sizi dinləyəndə dedim ki, bu, mənim oxumağıma oxşadı. Yəni oxşaya bilərdi. Arada mənə deyirlər ki, Avroviziyaya niyə getmirsən? Mən getsəm, sənin kimi oxuyacağam," - deyə sənətçi bildirib.
Müğənni həmçinin Avroviziya müsabiqəsində iştirak etmək mövzusuna toxunaraq, ingilis dilində oxumağın onun üçün çətinlik yaratdığını vurğulayıb: "Həmişə mənə deyəndə deyirəm ki, ingiliscə necə oxuyaram? O sözü hiss etməliyəm. Onu yaşamalıyam ki, başa salım."
Qeyd edək ki, Röya Ayxan Azərbaycanın ən tanınmış estrada ulduzlarından biridir və onun Avroviziya yarışmasında iştirak etməsi illərdir müzakirə mövzusudur.
admin Şub 13, 2025 0 442
admin Eki 31, 2024 0 174
admin Eki 31, 2024 0 135
AsimanFərzəliyeva Şub 9, 2025 0 64
AsimanFərzəliyeva Mar 22, 2025 0 13
AsimanFərzəliyeva Mar 22, 2025 0 15
AsimanFərzəliyeva Mar 22, 2025 0 16
AsimanFərzəliyeva Mar 22, 2025 0 12
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox