Xalq artisti Nisə Qasımova sənət yolundan danışaraq gənc ifaçılara tövsiyələr verib. O, musiqi sahəsində daim inkişaf etməyin və zamanın tələbinə uyğun hərəkət etməyin vacibliyini vurğulayıb.
“Mənim ayıb bildiklərim sən demə, bu gün ayıb deyilmiş. Əksinə, geridə qalmaq demək imiş. Siz geriyə qalmayın. Siz elə məndən də yüksək müğənnilərin qarşısında oxuyun ki, zamanın tələbi budur deyə oxuyuruq” – deyə sənətkar bildirib.
Nisə Qasımova ilk dəfə toy məclisinə getdiyi anları da xatırlayıb:
“1995-ci ilə qədər toy məclislərinə qatılmırdım. İlk toya dəvət aldığım zaman cəmi 3-4 mahnı ifa etdim və bunun müqabilində 40 min dollar qonorar qazandım. Məni məhz “Gözləyəcəyəm”, “İstəyirəm görüm səni”, “Mənim dünyam” kimi mahnılarımı ifa etmək üçün dəvət etmişdilər.
Mənim icazəm yox idi haradasa görünməyə. Bacımın və qardaşımın toyuna belə getmədim. Rəhmətlik qardaşım Pərvizin toyunda iştirak edə bilmədim. Ailədə hamı bilirdi ki, Nisə Qasımova yalnız televiziyada, efirdə və konsertlərdə görünməlidir.
Biləcəridə yaşayanda eyvanın pəncərəsindən baxmaq belə mənim üçün qadağan idi. O dövrdə mən əsl kraliça həyatı yaşamışdım” – deyə ifaçı xatirələrini bölüşüb.