"Dedim ki, qardaş gəlmişəm, çıx obyektimdən"

Əməkdar jurnalist və aparıcı Xoşqədəm Hidayətqızının adı istifadə edilərək dələduzluq hadisəsi baş verib. Bu barədə o, "Günaydın, Azərbaycan!" verilişində açıqlama verib və hadisənin təfərrüatlarını bölüşüb.

"Dedim ki, qardaş gəlmişəm, çıx obyektimdən"
Xoşqədəm Hidayətqızı
reklam

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının adından dələduzluq edilib. Bu barədə aparıcı "Günaydın, Azərbaycan!" verilişində məlumat verib. O, hadisəni belə izah edib: "2012-2013-cü illərdə Moskvadan Bakıya gəldiyimdə vergilərdən zəng almışdım. Mənə Yasamalda obyektim olduğu bildirildi. Lakin mənim belə bir obyektim yoxdur. Araşdırdım və məlum oldu ki, yerlim Yasamalda obyekt açıb, mənimlə çəkilmiş şəkili göstərərək bu obyektin mənə aid olduğunu deyib. O obyektə gedib, orada olanlara dedim: 'Qardaş, çıxın obyektimdən'. Şəkildəki şəkil bizə aid deyil, amma mənim adım istifadə olunmuşdu."