Avtomobilsiz qalmasının səbəbini açıqladı

Məşhur müğənni Günel Ələkbərova uzun müddətdir ki, avtomobilsiz qaldığını etiraf edib. Müğənni keçmişdə yaşadığı qəzalar səbəbindən avtomobil idarə etməkdən çəkinir və yalnız taksi xidmətlərindən istifadə edir.

Avtomobilsiz qalmasının səbəbini açıqladı
Günel Ələkbərova
reklam

"Pişik" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova avtomobil idarə etməməsinin səbəbini açıqlayıb.

O, televiziya verilişində qonaq olarkən artıq uzun müddətdir avtomobilsiz olduğunu bildirib. Sənətçi keçmişdə bir neçə dəfə yol qəzası keçirdiyini və bunun ona mənfi təsir etdiyini vurğulayıb.

"Keçmişdə avtomobilim olub, amma bir neçə dəfə qəza keçirdiyim üçün məndə fobiya yarandı. Artıq uzun müddətdir maşın sürmürəm. Yalnız taksilərdən istifadə edirəm və sürücülərdən sürəti azaltmalarını xahiş edirəm. Başqasının idarə etdiyi avtomobildə olanda qorxuram", - deyə müğənni bildirib.