Əməkdar artist ata oldu

Əməkdar artist Xəyyam Nisanovun ailəsində sevinc dolu anlar yaşanır. Sənətçinin dördüncü övladı dünyaya gəlib. Bu dəfə müğənni ilk dəfə oğul atası olmaq sevincini yaşayıb.

Əməkdar artist  ata oldu
Xəyyam Nisanov
reklam

Məşhur müğənni, Əməkdar artist Xəyyam Nisanov yenidən ata olub. Sənətçinin ailəsində böyük sevinc yaşanıb – bu dəfə o, ilk dəfə oğul atası olub.

Xəyyam Nisanov 2017-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub. Cütlüyün bu nikahdan üç qız övladı dünyaya gəlib. Yeni doğulan körpə isə onların dördüncü övladıdır və Nisanov ailəsinin ilk oğludur.

Sənətçinin dostları və pərəstişkarları sosial şəbəkələrdə onu təbrik edərək xoş arzularını çatdırıblar.