Aygün Kazımova Süni İntellektlə Hazırlanan Klipini Təqdim Etdi – VİDEO
Xalq artisti Aygün Kazımova 2025-ci ilə olan ikinci layihəsi çərçivəsində "Əlcək" adlı yeni mahnısını və ona çəkilmiş xüsusi klipi təqdim edib. Müğənni bu dəfə süni intellekt texnologiyasından istifadə edərək unikal vizual layihəyə imza atıb. Klip Rusiyada Elena İkonnikova və komandası tərəfindən hazırlanıb. Mahnının müəllifi isə Kazımovanın əvvəlki "Bilmək olmaz" hitinin də bəstəkarı olan Mirodur.
![Aygün Kazımova Süni İntellektlə Hazırlanan Klipini Təqdim Etdi – VİDEO](https://s3.us-east-1.amazonaws.com/shopink/uploads/images/202502/image_870x_67a8ab8e4bc6a.jpg)