“Bizim mollalara baxanda qorxursan, bu İslam deyil”

Əməkdar artist Bəhram Bağırzadə geyim mədəniyyəti və estetik zövq haqqında fikirlərini bölüşüb. Aktyor bəzi mollaların geyim tərzini tənqid edərək bunun İslam dəyərlərinə uyğun olmadığını bildirib. O, insanların xarici görünüşünün əhəmiyyətini vurğulayaraq, geyimin ətrafdakılara təsir etdiyini qeyd edib.

“Bizim mollalara baxanda qorxursan, bu İslam deyil”
Bəhram Bağırzadə
reklam

Əməkdar artist Bəhram Bağırzadə "Efirdən kənar" verilişində qonaq olub və geyim mədəniyyəti barədə fikirlərini bölüşüb. O, zövqlü geyinməyin əhəmiyyətini vurğulayaraq, bəzi mollaların geyim tərzini tənqid edib.

“Mən zövqlü geyinməyi xoşlayıram, çünki atam da belə idi. İnsanların geyiminə diqqət yetirirdi və kiçik bir komplimentlə belə onların gününü gözəlləşdirirdi. Lətif Kərimov da həmişə səliqəli geyinərdi və bunu özünə görə yox, ətrafındakıların gözünün gözəl şeylər görməsi üçün etdiyini deyirdi. Quranda da məscidə gedərkən ən gözəl libasın geyinilməsinin vacibliyi vurğulanır,” – deyə aktyor bildirib.

Bəhram Bağırzadə bəzi mollaların baxımsız geyimlərini tənqid edərək, bunun İslam dəyərlərinə uyğun olmadığını qeyd edib: “Bizim mollalara baxanda qorxursan, məscidə getmək istəmirsən. Şalvarları palçıq içində, paltolar əzilmiş... Bu, İslam deyil. Təbii ki, aralarında savadlıları da var.”

Aktyorun bu fikirləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.