Aygün Kazımova yenə zirvələri fəth etdi - VİDEO+FOTOLAR
Xalq artisti Aygün Kazımova ilə Kazım Canın duet şəklində ifa etdiyi "1" mahnısı musiqi dünyasında rekord qırmağa davam edir. Bir neçə gün öncə yayımlanan mahnı həm "YouTube"da trend siyahısında ikinci yerə yüksəlib, həm də "Apple Music"də top 5-likdə yer alıb. "TikTok" platformasında isə 20 mindən çox video ilə viral olub. Pop kraliça, 2024-cü ildə növbəti dəfə dinləyicilərinin rəğbətini qazanaraq ilin ən çox dinlənilən ifaçılarından birinə çevrilib.
