Niyaməddin Musayev formada qalma sirrini paylaşdı
Xalq artisti Niyaməddin Musayev sağlam həyat tərzini və formada qalma üsullarını açıqlayıb. Müğənni "Zaurla Günaydın" proqramında gündəlik qidalanma rejimi və həyat tərzi haqqında danışaraq, bunun sağlam qalmağında böyük rol oynadığını vurğulayıb. "Yuxudan duranda su içirəm, yarım saat idman edirəm. Daha sonra ya düyü sıyığı, ya da qarabaşaqla səhər yeməyi yeyirəm. Günorta yeməyini isə saat 6-da edirəm. Evdə nə bişsə, yeyirəm, amma çörəkdən uzaq durmağa çalışıram. Çayı yalnız qəndlə içirəm" deyə, Xalq artisti bildirib.
