Aysun yenidən evlənəcək? – "İstəyirəm ki…"

Müğənni Aysun İsmayılova "Həmin Zaur" verilişində evli kişi ilə münasibət yaşamayacağını bildirib. O, aşırı qısqanc olduğunu və sevgisini heç kimlə bölüşə bilməyəcəyini deyib. Müğənni ailə qadını olmaq istədiyini və qısa müddətli münasibətləri qəbul etmədiyini vurğulayıb. Qeyd edək ki, Aysun iki dəfə evli olub və ayrılıb.

Aysun yenidən evlənəcək? – "İstəyirəm ki…"
Aysun İsmayılova
reklam

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

O, "Həmin Zaur" verilişində evli kişi ilə münasibət qurmayacağını bildirib:

"Ümumiyyətlə, mən çox qısqanc insanam və kiminsə həyat yoldaşına göz dikmərəm. Mənim olan sadəcə mənə məxsus olmalıdır və onu heç kimlə bölüşə bilmərəm. İndiyə qədər belə bir vəziyyət yaşamamışam və Allahdan da bunun baş verməməsini arzulayıram. Evli kişini qəbul edə bilmərəm, çünki özümü ailə qadını hesab edirəm. Mən həmişə ailəm olsun istəyirəm və bunu hər kəs bilir. Qısa müddətli münasibətləri düzgün yaşam tərzi hesab etmirəm."

Qeyd edək ki, Aysun İsmayılova iki dəfə evli olub və hər iki münasibəti başa çatıb.