"Aysunu konsertdə qucaqlayan bəy kimdir?

Müğənni Aysun İsmayılova, Gəncə konsertində şəxsi mühafizəçisinin onu qucaqlaması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, bu davranışın arxasında olan səbəbləri açıqlayaraq, hər şeyin onun sağlamlığı və təhlükəsizliyi üçün edildiyini bildirib.

"Aysunu konsertdə qucaqlayan bəy kimdir?
Aysun İsmayılova
reklam

Müğənni Aysun İsmayılova son dövrlərdə sosial mediada yayılan söz-söhbətlərə cavab verib. O, Gəncə konsertində şəxsi mühafizəçisinin onu qucaqlaması ilə bağlı müzakirələrə aydınlıq gətirib.

Instagram-da etdiyi paylaşımda Aysun İsmayılova bildirib ki, bu, uzun müddət onun ailəsinin şəxsi mühafizəçisi olan və 15 yaşından bəri onunla çalışan bir şəxs tərəfindən edilib. Müğənni, mühafizəçinin onu qucaqlamasının səbəbini belə izah edib: "Əməliyyat olunmuşam, qabırğalarıma çox dəyilməməlidir. İnsanlar birdən üstümə axın edirdi və mənim çox incidilməməyim üçün məni qucaqlayırdı."

Aysun İsmayılova bununla yanaşı, səhnədən yıxılma təhlükəsinin olduğunu da vurğulayıb: "Əlimi insanlara uzadırdım, onlar da məni qabağa çəkirdi, yıxılmağımın qarşısını alırdı." Müğənni, insanların bilinçsiz şəkildə danışmasının ayıb olduğunu da qeyd edib.