"Azərbaycan Heydər Əliyevin əsəridir!"-VİDEO
Xalq artisti Məleykə Əsədova Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə duyğusal paylaşım edib.
Məşhur aktrisa sosial şəbəkə hesabında Ulu Öndərin illər əvvəl onun tamaşasını izləyərkən çəkilən və müsbət fikirlər səsləndirdiyi görüntüləri yayımlayıb.
"Qəlbimizin içindəsiniz! Dastandasınız! Şeirdəsiniz! Azərbaycan Heydər Əliyevin əsəridir! Hər an qəlbimizdəsiniz!" – deyə Məleykə Əsədova paylaşımına duyğusal bir şərh əlavə edib.
Qeyd edək ki, bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümüdür.