Bədən quruluşu və "Maşın şou" təcrübəsindən danışdı

Müğənni Roza Zərgərli, Baku TV-də yayımlanan "Qapqara" verilişində bədən quruluşu və "Maşın şou" təcrübəsi ilə bağlı açıqlamalar verib. O, həmçinin, "Maşın şou"da aldadılmasından və bu müddətdə yaşadığı çətinliklərdən bəhs edib.

Bədən quruluşu və "Maşın şou" təcrübəsindən danışdı
Roza Zərgərli
reklam

Müğənni Roza Zərgərli Baku TV-də yayımlanan "Qapqara" verilişində bədən quruluşu və şəxsi təcrübələrindən danışıb. O, bədən quruluşu ilə bağlı bunları deyib:

"Mən özümü ideal bədən quruluşuna sahib qadın hesab etmirəm. Bədən formam xəstəliyimə görə qabarıqdır."

Açıq-saçıq geyinmədiyini söyləyən Zərgərli, geyindiyi libasların cəlbedici göründüyünü və bunun səbəbini belə izah edib:

"Bəzi titul verilmiş sənətçilər haqqında danışmaq istəmirəm, çünki onlar ümumiyyətlə geyinmirlər. Hər kəs özünə cavabdehdir. Amma məni nə vaxt həddən artıq açıq-saçıq geyimdə görmüsünüz? Cazibədar qadın olduğum üçün dar geyinəndə gözə çarpıram. Amma titullu ifaçılarımız var ki, ömür boyu lüt gəziblər."

Roza Zərgərli, həmçinin, iştirak etdiyi "Maşın şou" verilişində aldadılmasından da danışıb:

"Həmin proqramda mən haqqın, ədalətin yolunda addımlayırdım. Hiylə quran insanlar kənardan bunu idarəetmə kimi görürdülər. Mən orada son üç gün dayana bilməzdim, çünki ayağımda problem var. Lakin hikkəmdən bunu etdim, məni aldadan insanlara uduza bilməzdim. Sona qalan üç nəfərlə qərarlaşdırmışdıq ki, üçümüz də eyni anda əl çəkərək qalib olub, maşını xeyriyyəyə verək. Amma onlar 'Bundan sonra hərə özü üçün oynayır' dedilər", - müğənni söyləyib.

reklam
reklam