Bakını Ona Tanıtdığı Üçün Keçmiş Həyat Yoldaşına Təşəkkür Etdi-FOTO
Məşhur rusiyalı müğənni Alsu Bakıda keçirilən konsertində keçmiş həyat yoldaşı Yan Abramova ona bu gözəl şəhəri tanıtdığı üçün minnətdarlığını bildirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Rusiyanın məşhur estrada ulduzu Alsu Bakının qonağı olub. Ötən gün sevənləri qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edən müğənni səmimi etirafları ilə diqqət çəkib.
Sənətçi keçmiş həyat yoldaşı Yan Abramova ona Bakını tanıtdığı üçün təşəkkür edib:
"Keçmiş həyat yoldaşıma bu gözəl şəhəri – Bakını mənə tanıtdığı üçün minnətdaram. O, həmişə deyirdi ki, burada yaşayan insanlar xüsusi bir enerjiyə malikdirlər. Bu, həqiqətən belədir! Siz elə mehriban və qonaqpərvər insanlarsınız ki, bunu sözlə ifadə etmək çətindir. Dünən restoranda şam yeməyi yeyərkən elə bil illərdir tanış olduğum insanlarla əhatələnmişdim. Məni bu qədər sevgiylə qarşılayan hər kəsə təşəkkür edirəm!" – deyə, Alsu bildirib.
Konsertdə xalq artistləri Emin Ağalarov və Brilliant Dadaşova da səhnəyə çıxıb. Alsu gecədə "Visna", "Vçera", "Zimniy son" kimi dillər əzbəri olan hitlərini səsləndirib. Tədbir böyük coşqu və marağa səbəb olub.
admin Eki 31, 2024 0 163
admin Eki 31, 2024 0 124
admin Kas 1, 2024 0 26
admin Eki 31, 2024 0 21
D.Sadi Ara 16, 2024 0 13
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
AsimanFərzəliyeva Şub 21, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox