"Yalı Çapkını" serialının aktrisası boşanır – FOTO
Türkiyənin məşhur cütlüyü Pelin Akil və Anıl Altan boşanır. Uzun müddətdir haqlarında ayrılıq iddiaları yayılan cütlük bu dəfə boşanma qərarı alıb. 2016-cı ildə ailə quran Pelin və Anılın Alin və Lina adlı əkiz qızları var. Aktrisa son olaraq "Yalı Çapkını" serialında rol alıb.
