Ərinə qarşı ittihamlara belə reaksiya verdi

Jay-Z-yə qarşı irəli sürülən 13 yaşlı qızı zorlaması ittihamlarına baxmayaraq, reper və həyat yoldaşı Beyoncé heç nə olmamış kimi ictimaiyyət qarşısına çıxmağa davam edir. Məşhur cütlük qızları Blyu Ayvi ilə birlikdə “Mufasa: The Lion King” filminin premyerasında iştirak edib. Tədbirdə onları Beyoncé-nin anası Tina Noulz da müşayiət edib. Bu müddət ərzində Jay-Z-nin vəkili məhkəməyə qarşılıqlı iddia qaldıraraq, ittiham edən şəxsin adını açıqlamasını və şərəf və ləyaqəti ləkələməyi dayandırmasını tələb edib.

Ərinə qarşı ittihamlara belə reaksiya verdi
Beyonce
reklam

Məşhur reper Jay-Z-yə qarşı irəli sürülən zorlama ittihamları ictimaiyyətin diqqət mərkəzindədir. İddialara görə, 2000-ci ildə keçirilən “MTV Video Music Awards” tədbirindən sonra Jay-Z 13 yaşlı qızı zorlayıb. Zərərçəkənin adı açıqlanmasa da, hadisənin bəzi təfərrüatları üzə çıxıb.

Bu iddialara baxmayaraq, reper və həyat yoldaşı Beyoncé ictimai tədbirlərdə iştiraklarını davam etdirir. Onlar qızları Blyu Ayvi ilə birlikdə “Mufasa: The Lion King” filminin premyerasına qatılıb. Məşhur ailəni tədbirdə Beyoncé-nin anası Tina Noulz da müşayiət edib.

Jay-Z-nin vəkili isə məhkəməyə qarşılıqlı iddia qaldıraraq, bu ittihamların əsassız olduğunu iddia edir və şəxsiyyətinin ləkələnməsinə son qoyulmasını tələb edir.

Xatırladaq ki, hadisənin iddia edilən məqamlarına görə, zərərçəkən qız biletsiz tədbirə girməyə çalışarkən məxfilik sənədləri imzaladığını və həmin gecə zorlandığını bildirib. Bu iddialar isə həm Jay-Z, həm də başqa tanınmış şəxslərin adlarının hallanmasına səbəb olub.