"Biz valideynlərimizi seçmirik..."

Aktrisa Zarina Qurbanova atasının həbsindən sonra sosial şəbəkədə açıqlama verib və valideynləri haqqında düşüncələrini bölüşüb.

"Biz valideynlərimizi seçmirik..."
Zarina Qurbanova
reklam

Aktrisa Zarina Qurbanova ilk dəfə atasının həbs olunmasından danışıb. O, sosial şəbəkə hesabında yaydığı videoda bildirib ki, valideynlərimizi seçmək bizim əlimizdə deyil və onlara görə cavabdeh deyilik. Zarina, atasının həbs olunması ilə bağlı yayılan xəbərlərin ona çox təsir etdiyini və artıq bu barədə eşitmək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Zarina Qurbanovanın atası, "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctimai Birliyinin sədri Şahid Qurbanov dələduzluqda ittiham olunub. O, bir neçə nəfərə qarşı dələduzluq əməli törədib və 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.