"Başıma Nəsə Gəlsə, Baxacaq Kimsəm Yoxdur"

Məşhur aparıcı tək qalmaq qorxusundan danışdı Türkiyənin tanınmış aparıcısı Armağan Çağlayan şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə hər kəsi kədərləndirib.

"Başıma Nəsə Gəlsə, Baxacaq Kimsəm Yoxdur"
Armağan Çağlayan
reklam

58 yaşlı aparıcı başına nəsə gəlsə, ona baxacaq bir yaxınının olmadığını bildirib. O, yaşlılıq dövrü ilə bağlı narahatlığını ifadə edərək bu fikirləri səsləndirib:

"Birinə möhtac olmaq fikri çox qorxuducu gəlir. Başıma nəsə gəlsə, mənə baxacaq kimsəm yoxdur. Əvvəllər 'qocalar evi'nə gedərəm deyə düşünürdüm. Amma xalam orada qalır və xoşbəxt deyil. İndi artıq orada da qalmaq istəmirəm. Bunu öyrəndikdən sonra gələcəyimlə bağlı daha çox narahat olmağa başladım. Heç kimə yük olmaq istəmirəm."

Aparıcının bu etirafı sosial mediada böyük müzakirələrə səbəb olub.