Bloger cütlüyün reklam etdiyi şirkətdə milyonlarla pul batdı-FOTO

"AzeBirja" şirkətinin iflası onlarla insanın böyük maliyyə itkiləri ilə nəticələnib. Şirkətin tanıtımını edən bloger cütlük Şərqiyyə və Alim Qafarlının fəaliyyəti isə ciddi müzakirələrə səbəb olub. İddialara görə, onların reklamları vasitəsilə insanlar bu şirkətə etibar edərək yatırım edib, lakin böyük məbləğdə pullar batıb.

Bloger cütlüyün reklam etdiyi şirkətdə milyonlarla pul batdı-FOTO
Şərqiyyə və Alim Qafarlı
reklam

Bir müddət əvvəl evində ölü tapılan iş adamı Ali Akşunun rəhbərlik etdiyi "AzeBirja" şirkətinin fəaliyyətində baş verən maliyyə problemləri ciddi nəticələrə səbəb olub. Onlarla insanın yüksək miqdarda pulu itirdiyi bu hadisədə tanınmış bloger cütlük Şərqiyyə və Alim Qafarlının adı hallanır.

Məlumata görə, cütlük "AzeBirja"nı iki il ərzində sosial şəbəkələrdə reklam edib, insanları şirkətə yatırım etməyə təşviq edib. İddialara əsasən, bu tanıtımların təsiri ilə bir çox insan öz yığımlarını şirkətə yatırıb. Zərərçəkənlərdən biri, Ayşən Mamedova bildirib ki, cütlük müştəriləri şəxsən qəbul edəcəyini və şirkətin etibarlı olduğunu vurğulayıb. Nəticədə yüz minlərlə manatlıq yatırımlar edilən şirkət bir müddət sonra ödənişləri dayandırıb.

Zərərçəkənlər bildirirlər ki, 2024-cü ilin yay aylarından başlayaraq şirkətdə ödənişlərlə bağlı problemlər yaranıb və daha sonra iflas elan edilib. Məlumatlara görə, şirkətin rəhbəri Ali Akşun 2024-cü ilin dekabrında evində ölü tapılıb. Onun ölüm səbəbi hələ də dəqiq məlum deyil.

Zərərçəkənlər bloger cütlüyün insanları yanıltdığını və bu hadisədə məsuliyyət daşıdığını iddia edir. Onların sözlərinə görə, cütlük şirkətin piramida sistemi yaratdığını bilməsinə baxmayaraq, insanları yatırım etməyə təşviq edib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və hadisə ilə əlaqədar istintaq davam edir. Şikayətçilər bu işdə əli olanların cəzalandırılmasını tələb edirlər.

Tərəflərin qarşılıqlı ittihamlarına baxmayaraq, araşdırmaların nəticələri yaxın vaxtlarda məlum olacaq. Bu hadisə sosial mediada reklamların etibarlılığını və məsuliyyətli yanaşmanın vacibliyini bir daha gündəmə gətirib.

reklam
reklam