"Dolğu səbəbindən ölümlə üz-üzə qaldım"
Bloqer Nuray Muxtarova burun dolğusunun yaratdığı ciddi fəsadlar səbəbindən həyati təhlükə ilə üzləşib. Onun burnunun qığırdağı çürüyüb, vəziyyəti ağırlaşdıqdan sonra təcili əməliyyata alınıb. Nuray yaşadıqlarını bölüşərək bloqerlərə kosmetoloq seçimi ilə bağlı vacib tövsiyələr verib.
