Bu bürclər birlikdə yaşaya bilməz
Bəzi bürclər arasında qarşısıalınmaz cazibə olsa da, münasibətləri uzunmüddətli olmur. Fərqli xarakterlər və münasibət tərzləri bu bürclər üçün çətin və dözülməz birgə həyat yaradır.
![Bu bürclər birlikdə yaşaya bilməz](https://s3.us-east-1.amazonaws.com/shopink/uploads/images/202502/image_870x_67b03b23c3e38.jpg)
Bəzi bürclər arasında güclü cazibə olsa da, onların münasibətləri uzunömürlü olmur və tez-tez mübahisələrlə nəticələnir. Qarşılıqlı anlaşılmazlıqlar və fərqli həyat tərzi bu bürcləri bir araya gəlməyə maneə yaradır.
Dolça və Xərçəng
Dolça və Xərçəng bir-birini maqnit kimi cəlb etsə də, münasibətləri uzun sürmür. Dolçanın sərbəstliyi və soyuqluğu Xərçəngi incidə bilər. Xərçəngin emosional bağlılıq istəyi Dolça üçün boğucu ola bilər.
Balıqlar və Əkizlər
Balıqlar və Əkizlər xaraktercə bənzər görünsələr də, münasibətləri uğursuz olur. Balıqların emosional bağlılıq ehtiyacı Əkizlərin sərbəstliyini məhdudlaşdırır və nəticədə münasibət sona çatır.
Şir və Əqrəb
Şir və Əqrəb arasında güclü cazibə olsa da, münasibətləri mübarizə meydanına çevrilir. Hər iki bürc dominant xarakterə malikdir və idarəedici olmaq istədikləri üçün münasibətləri gərginləşir.
Qoç və Əqrəb
Qoç və Əqrəb bir-birini ehtirasla cəlb etsə də, gündəlik həyatları münaqişələrlə dolu olur. Daimi fikir ayrılıqları səbəbindən münasibətlər çox davam etmir.
Əkizlər və Qız
Hər iki bürc ağıllı və hazırcavabdır, amma Əkizlərin dəyişkən təbiəti Qız bürcünü yorur. Qızın nəzarət etmə ehtiyacı Əkizlərin azadlıq istəyi ilə toqquşur.
Qoç və Buğa
Qoç müstəqilliyə can atır, Buğa isə sabitlik və ailə istəyir. Elementlərinin – Od və Torpaq – uyğunsuzluğu səbəbindən münasibətləri uzunmüddətli olmur.
Şir və Oğlaq
Şir və Oğlaq bir-birini cəlb etsə də, uzun müddət birlikdə qala bilmirlər. Şir tənqidə həssasdır, Oğlaq isə daim onu yönləndirmək istəyir ki, bu da münasibətləri çətinləşdirir.
Xərçəng və Tərəzi
Tərəzilər cazibədar və sosialdır, Xərçənglər isə daha emosional və ailəyə bağlıdır. Bu fərqlər onların münasibətlərini qısa müddətdə bitirir.
Oxatan və Oğlaq
Oxatan macəraçı və azaddır, Oğlaq isə ciddi və planlıdır. Başlanğıcda cəlbedici görünən bu münasibət zamanla rutinə tab gətirməyərək sönür.
Bu bürclərin bir-biri ilə münasibət qurması mümkün olsa da, uzunmüddətli birgə həyatları böyük səbr və kompromis tələb edir.