"O insan evli deyildi!"
Müğənni Ayan Babakişiyeva uzun illərdir onun barəsində səsləndirilən ittihamlara cavab verib. O, övladının atasının evli olmadığını bildirib və bu mövzunun bağlanmasını istəyib.
!["O insan evli deyildi!"](https://s3.us-east-1.amazonaws.com/shopink/uploads/images/202502/image_870x_67b03b9cc2d38.jpg)
Müğənni Ayan Babakişiyeva illərdir onun haqqında yayılan iddialara aydınlıq gətirib. O, sosial mediada yayılan "Evli kişidən uşaq dünyaya gətirib" kimi ittihamları təkzib edərək bu söz-söhbətlərin bitməsini istəyib.
"Sosial mediada haqqımda yazılan şərhlərdə "Sən sadəcə sevdin, amma yanlış insanı sevdin. Sən bilmirdin ki, o evli idi" kimi ifadələr görürəm. Açıq deyirəm: Mənim qızım Selenanın 11 yaşı olacaq və o dünyaya gələndə atası evli deyildi. Nə o, nə də mən evli idik," – deyə müğənni bildirib.
Ayan Babakişiyeva, RTV-də Türkan Məmmədlinin təqdimatında yayımlanan "Çərçivədən kənar" verilişində onu ittiham edənlərə sərt cavab verib:
"Mən heç kimin ailəsini dağıtmamışam və heç bir evli kişidən övlad dünyaya gətirməmişəm. Zamanında bunu sübut etmişəm və qarşı tərəflə heç bir problemim yoxdur. Heç bir qadını bədbəxt etməmişəm. Əslində bədbəxt olanlar bilirlər ki, həyat yoldaşları onları sevmir, sadəcə eyni evdə yad insan kimi yaşayırlar. Mən heç vaxt belə bir vəziyyətə düşməmişəm."
Müğənni, övladının atası ilə qürur duyduğunu da vurğulayıb:
"Bəli, qızım atası ilə fəxr edir, edəcək də! Bu, mənim analıq borcumdur. Ətrafımdakı neqativ insanlardan uzaqlaşmışam və istəmirəm ki, övladım mənim yaşadıqlarımı yaşasın. Hər kəs bilir ki, Selenanın atası kimdir, anası kimdir. Daha "evli" mövzusu gündəmə gəlməsin. O insan subay idi, bu söhbət bitdi!"
Türkan Məmmədlinin "Əgər o evli olsaydı, yenə də sevərdin?" sualına isə Ayan Babakişiyeva belə cavab verib:
"Bəlkə də sevərdim. Mən onu nə puluna, nə də var-dövlətinə görə sevməmişəm. Bunu mənim yaxın dostlarım çox yaxşı bilir."