Efirdə göz yaşlarını saxlaya bilmədi

Müğənni Xatun Əliyeva mərhum qardaşı Balaş haqqında danışarkən duyğusal anlar yaşayıb. O, qardaşını xatırladıqda göz yaşlarına boğulub və onu qucaqlamaq istədiyini bildirib.

Efirdə göz yaşlarını saxlaya bilmədi
Xatun Əliyeva
reklam

Müğənni Xatun Əliyeva qonaq olduğu "Tarixin bir günü" verilişində mərhum qardaşı Balaşın adını eşidən kimi göz yaşlarını saxlaya bilməyib. O, qardaşı üçün darıxdığını bildirərək, "Qardaşım Balaşı qucaqlamaq istəyirəm" deyərək ağlayıb. Proqramın digər qonağı Ramal İsrafilov isə Xatunu təsəlli etmək üçün onu qucaqlayıb.

Bundan sonra müğənni bacısının qızına etdiyi toy haqqında danışıb:
"Soruşurlar ki, Xatunun qızı var? Mən onu oğlum Adildən ayırmamışam. Onlar bir yerdə böyüyüblər. Bacım İsraildə yaşadığı üçün qızına biz baxmışıq. Mərhum qardaşım Balaş həm ona, həm də oğlum Adilə atalıq edib. O, bizə hər zaman bacı olub. Həmişə ona deyirdim ki, gözəl xına mərasimi edəcəyəm, amma öncə təhsil almalı və savadlı olmalısan. O çox ağıllı, tərbiyəli bir qızdır və hazırda AzTV-də çalışır. Qardaşımla birgə arzumuz idi ki, onu gözəl şəkildə ərə verək. Şükürlər olsun ki, Allah mənə bu gücü verdi və toyunu yüksək səviyyədə keçirdik. Balaşın ruhu şad olsun".

Xatun Əliyeva bildirib ki, bu toy yalnız bir ailəvi məclis deyil, həm də qardaşı Balaşın ruhuna bir vəfa borcu idi.